
Bakı.Trend:
İl ərzində Kür çayının Qıraq Kəsəmən və Qanıx çayının Cəlayir
məntəqələrində sululuq normaya yaxın olmuş, Araz çayının Qıvraq
məntəqəsində normanın 59 %-ni, Samur çayında 67, Bərgüşadçayda 54,
Oxçuçayda 66, Bəsitçayda isə 72%-ni təşkil edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat
verilib.
Bildirilib ki, yerli çaylarda – Kiçik Qafqazın
Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan Zəyəmçay,
Kürəkçay, Gəncəçay çaylarında sululuq normanın 39-92 %-ni, Qarabağ
və Şərqi Zəngəzur İqtisadi rayonunun ərazisindən axan Tərtərçay,
Həkəriçay, Zabuxçay, Tutqunçay çaylarında 51-86, Naxçıvan MR
ərazisindən axan Naxşıvançay və Əlincəçay çaylarında normanın 55-71
%-ni, Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ və Quba-Qusar
rayonlarının ərazisindən axan Balakənçay, Talaçay, Kürmükçüy,
Əyriçay, Girdimançay, Qudiyalçay və Vəlvələçay çaylarında normanın
60-155 %-ni, Lənkəran-Astara bölgəsinin ərazisindən axan
Lənkərançayda isə normanın 20%-ni təşkil edib.

