
Bakı.Trend:
İl ərzində ayrı-ayrı günlərdə yağan intensiv leysan yağışlar
nəticəsində Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylarda
33 sel hadisəsi qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA yanında Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat
verilib.
Bildirilib ki, sel hadisələrinin ən çoxu aprel ayında müşahidə
edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 110 sel hadisəsi baş
verib.

