Azərbaycan həmişə xalqların harmonik birgəyaşayış nümunəsi olub – Natalya Şarovskaya “Tofiq Abbasovla dialoq” verlişində (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”
analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir
ki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq artisti Natalya
Şarovskaya olub.

“Biz çox narahatedici bir dövrdə yaşayırıq. Mən siyasətdən uzaq
bir insanam, aktrisayam və öz işimlə məşğulam. Lakin dünyada baş
verənləri duymamaq mümkün deyil. İnsanların mehribanlığı, diqqəti
və insanlığı itirməsinə baxmaq qorxuludur. Ən çox da insanı
vahiməyə salır”,- deyə Natalya Şarovskaya bildirib

Xalq artistinin sözlərinə görə, müasir cəmiyyət əsas dəyərlərə
yenidən baxmağa ehtiyac duyur və ənənələrə, mədəni köklərə qayıdış
mənəvi dirçəlişə aparan yeganə yoldur.

Natalya Şarovskaya vətənpərvərlik mövzusuna, dövlətə və ölkə
rəhbərliyinə minnətdarlıq məsələsinə xüsusi diqqət ayırıb.

“Bizim hörmətli prezidentimizə çox minnətdaram. O, bizi
qələbəyə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasına
gətirib çıxardı. Bu, böyük nailiyyətdir. Biz torpaqlarımızı geri
qaytardıq və bu, tarixdə əbədi qalacaq. Bu müdrikliyə, dözümlülüyə
və xalqına göstərdiyi qayğıya görə ona təşəkkür edirəm, – deyə o
qeyd edib.

Xalq artisti vurğulayıb ki, sülhün qorunmasında incəsənət və
mədəniyyət birinci dərəcəli rol oynayır.

“İlham pəriləri danışanda, toplar susur. Teatr, musiqi,
yaradıcılıq insanları birləşdirməyə qadirdir. Biz mədəniyyət
vasitəsilə sevgini, sevinci və xeyirxahlığı ötürürük. Bu hiss
qorunub saxlanılarsa, dünya xilas olacaq”, – Şarovskaya
vurğulayıb.

Multikulturalizm mövzusuna toxunan Xalq artisti bildirib ki, bu,
sadəcə siyasi konsepsiya deyil, tarixən formalaşmış Azərbaycan
kimliyinin ayrılmaz hissəsidir.

“Multikulturalizm yeni dəb olan söz deyil. Azərbaycan həmişə
bununla yaşayıb. Bizdə insanları heç vaxt millətinə, dininə və ya
dəri rənginə görə ayırmayıblar. Bütün konfessiyalar birlikdə
fəaliyyət göstərir – xristianlar, müsəlmanlar, yəhudilər. Bu isə
böyük gücdür,” – deyə Şarovskaya qeyd edib.

O həmçinin vurğulayıb ki, Azərbaycan həmişə xalqların harmonik
birgəyaşayış nümunəsi olub və Bakıya gələn bir çox xarici qonaqlar
bu fenomenin səmimiliyinə əyani şəkildə şahid olurlar.

Oxucuların diqqətinə verilişin tam video buraxılışı təqdim
olunur:

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir