Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olundu

Baş səhifə

Bakı.Trend:

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında”22.01.1993-cü il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları
İsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlunun
ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın
Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.




Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət
əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən,
barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə
onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə
Azərbaycana gətiriliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir