
Bakı. Trend:
Cənubi Çin dənizində, mübahisəli ərazi sayılan Skarboro rifinin
sularında yük gəmisi batıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, adı açıqlanmayan gəminin göyərtəsində 21
filippinli dənizçi olub. Qəza nəticəsində 2 ekipaj üzvünün həyatını
itirdiyi bildirilir.
Hazırda ərazidə genişmiqyaslı əməliyyat-axtarış əməliyyatları
keçirilir.

