Hindistanda epidemiya yayıldı

Baş səhifə

Bakı. Trend:

Hindistan höküməti Qərbi Benqal bölgəsində Nipah virusunun
yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görür. Bölgədə
beş yoluxma halı qeydə alınıb və təxminən 100 nəfər karantinə
yerləşdirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qeydə alınmış yoluxanlar arasında iki tibb bacısı, bir həkim və
bir səhiyyə işçisi var. Xəstələrin bəzilərinin vəziyyəti ağırdır,
digərlərində isə sağalma əlamətləri müşahidə olunur.




Nipah virusu epidemik yayılma potensialına görə Ümumdünya
Səhiyyə Təşkilatı tərəfindən prioritet patogen kimi təsnif edilir.
Hazırda bu virusa qarşı təsdiqlənmiş vaksin və ya spesifik müalicə
üsulu mövcud deyil.

Nipah virusuna yoluxma zamanı ilkin simptomlara yüksək hərarət,
baş ağrısı, əzələ ağrıları, qusma və ümumi halsızlıq daxildir.
Xəstəlik ağırlaşdıqda kəskin ensefalit (beyin iltihabı), tənəffüs
çatışmazlığı və koma inkişaf edə bilər. Ağır hallarda ölüm
göstəricisi yüksəkdir və sağ qalanlarda uzunmüddətli nevroloji
fəsadlar müşahidə oluna bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir