Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı YENİ QAYDA

Baş səhifə

Bakı. Trend:

Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal
dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata
keçiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya
sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə
aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən
qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya
sistemi” ifadəsi ilə əvəz olunacaq.




Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri
tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və
maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş)
maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin
edəcək.

Mövcud qanunvericiliyə görə, “e-mühasibat” informasiya
sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram
təminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsində
bu müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi
dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə
tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir