
Bakı. Trend:
Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri
məlumatlarını dövlət orqanına “Rəqəmsal dövlət maliyyəsi”
informasiya sistemi vasitəsilə təqdim edəcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Büdcə
sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə
dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin
göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət
büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət
büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər
məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən
maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi
vasitəsilə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi
dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə
tutulur.

