
Bakı. Trend:
2025-ci il ərzində Azərbaycandan xaricə ixrac olunan at ətinin
miqdarı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 120
ton at əti ixrac olunub.
“At əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib”,
məlumatda qeyd edilib.
Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya
ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən
çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika
daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə
məşhurdur. Bu ölkələrdə at əti zülal və dəmir baxımından zəngin
hesab edilir.

