
Bakı. Trend:
Nyu-York Əmtəə Birjasında (NYMEX) 2026-cı ilin aprel tədarükləri
üzrə platinin fyüçers qiyməti 5% bahalaşaraq tarixi maksimum
həddini yeniləyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Bakı vaxtı ilə saat 15:24-ə olan məlumata görə, platin
fyüçersinin qiyməti 4,86% artaraq bir troya unsiyası üçün 2 702,1
ABŞ dollarına yüksəlib. Saat 15:35-də isə artım tempi sürətlənərək
qiymət bir troya unsiyası üçün 2 711,8 ABŞ dollarına (+5,23%)
çatıb.
2026-cı ilin əvvəlindən etibarən qiymətli metalın dəyəri
ümumilikdə 24,49% artıb.

