Bakı metrosunda müasir işarəvermə sistemləri üzrə tender elan ediləcək – Bu tarixdə

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin
İdarə Heyətinin sədri Vüsal Aslanov ilə “Stadler Rail Group”
şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin rəhbərlik etdiyi
nümayəndə heyəti arasında görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə “Bakı Metropoliteni”QSC məlumat yayıb.

Bildirilir ki, görüşdə 2025–2030-cu illəri əhatə edən Dövlət
Proqramı çərçivəsində görüləcək işlər, eləcə də minimum istismar
xərcləri olan 300-dək yeni vaqonun alınması məsələləri müzakirə
olunub. Layihələrin Beynəlxalq Maliyyə İnstitutlarının dəstəyi ilə
həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.




Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə
sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər
ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin
sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə
2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.

Peter Şpuler “Stadler” şirkətinin müxtəlif ölkələrdə həyata
keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə
məlumat verərək bu bilikləri Bakı Metropoliteni ilə bölüşməyə hazır
olduqlarını qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir