
Bakı. Trend:
Bolqarıstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Rumen
Radevin istefasını təsdiqləyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bütün 12 hakim Radevin istefası ilə bağlı qərarı
yekdilliklə qəbul edib. Qərar qətidir və bu gündən qüvvəyə
minir.
Radev istefa ərizəsini çərşənbə axşamı ölkənin Konstitusiya
Məhkəməsinə təqdim edib. Ərizənin təqdim edildiyi andan etibarən
Radevin prezident səlahiyyətləri faktiki olaraq dayandırılıb və
ölkə Konstitusiyasına uyğun olaraq vitse-prezident İliyana Yotova
bu səlahiyyətləri öz üzərinə götürüb.
O, Radevin səlahiyyət müddəti başa çatanadək, 22 yanvar 2027-ci
il tarixinədək – prezident vəzifəsini icra edəcək.

