“Azər-Türk Bank” ASC-də rəhbər heyətə yeni təyinat baş tutub

Baş səhifə

Bakı.Trend:

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarı ilə Fuad
Məmmədli bankın İdarə Heyəti sədrinin müavini və Baş Maliyyə
İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.

Fuad Məmmədli maliyyə sahəsində 13 ildən artıq peşəkar təcrübəyə
malikdir. Karyerası ərzində “Dəmirbank”, “Ziraat Bank Azərbaycan”,
“Unibank” və “Expressbank”da Maliyyə direktoru, Baş Maliyyə
İnzibatçısı və İdarə Heyətinin üzvü kimi rəhbər vəzifələrdə
çalışıb, maliyyə menecmenti və strateji planlaşdırma sahəsində
zəngin təcrübə toplayıb.




O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr,
Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə
magistr dərəcəsi alıb.

Fuad Məmmədli Azər Türk Bankın maliyyə blokunun idarə edilməsi,
strateji hədəflərin icrası və maliyyə dayanıqlığının təmin
edilməsində məsul olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir