PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

Baş səhifə

Bakı. Trend:

PAŞA Həyat Sığorta şirkətinin İdarə Heyətinin tərkibində
dəyişiklik baş verib. Şirkətin Direktorlar Şurasının təsdiqinə
əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən
PAŞA Həyat-da İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı
vəzifəsini icra edəcəkdir.

Elmin İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində
geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da
müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit
Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru
vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin
Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin
Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin
rəhbəri kimi fəaliyyət göstərib.

Yeni vəzifəsində Elmin İsgəndərov PAŞA Həyat-da risklərin idarə
olunması strategiyasının formalaşdırılması, risk mədəniyyətinin
gücləndirilməsi, korporativ idarəetmə və dayanıqlı inkişaf
məqsədlərinə uyğun risk çərçivəsinin inkişafına rəhbərlik
edəcək.




Elmin İsgəndərov təhsilini Azərbaycan Dövlət İqtisad
Universitetində (UNEC) Maliyyə və Kredit ixtisası üzrə bakalavr və
magistr pillələrində alıb. Daha sonra Böyük Britaniyada Newcastle
Universitetində Beynəlxalq Maliyyə Analizi üzrə magistr dərəcəsini
fərqlənmə ilə bitirib. Maliyyə sektoru üzrə bir neçə beynəlxalq
sertifikatlara malikdir.

Ailəlidir, 1 övladı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir