
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu
Prezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, bununla
bağlı Fondun “X” sosial şəbəkə hesabında qeyd edilib.
“Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na
Azərbaycan və Ermənistan Ermənistan–Azərbaycan Sülh Sazişi sülh və
dialoq istiqamətində göstərilən səylərə görə layiq görülüb”, –
paylaşımda əlavə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd
Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər
heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl
Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini
qəbul edib.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar
qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın
Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı
göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını
bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin
paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin
keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak
üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf
hissi duyduqlarını vurğuladılar.

