bp strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın uzunmüddətli tərəfdaşı qalmağa ümid edir – Covanni Kristofoli

Baş səhifə

Bakı. Trend:

bp şirkəti strateji enerji layihələrinin həyata keçirilməsində
Azərbaycanın uzunmüddətli tərəfdaşı qalacağına ümid edir.

Trend xəbər verir
ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə
regional prezidenti Covanni Kristofoli “Altmışıncılar nəsli:
konformizmdən kənar Azərbaycan incəsənəti” adlı yeni sərgi
zallarının və daimi ekspozisiyanın açılış mərasimində bildirib.
Sərgi zalları layihə çərçivəsində əsaslı təmir olunub.

“Biz SOCAR, tərəfdaşlarımız və hökumətin güclü dəstəyi ilə sıx
əməkdaşlıq edərək ölkə üçün iri enerji layihələrini həyata
keçirmişik. Və biz uzun onilliklər ərzində bu möhtəşəm yolun bir
parçası qalacağımıza səmimi şəkildə ümid edirik”, – deyə o
bildirib.

“Biz mədəniyyət nazirliyi ilə sıx əməkdaşlığımızla çox fəxr
edirik və onlara təşəkkürümüzü bildirmək istəyirik. Onların dəstəyi
ilə ölkənin qədim sənət irsinin qorunması və tanıdılması üzrə
layihələr həyata keçirmişik. Məsələn, ötən il son 60 ildə
yaradılmış Azərbaycan sənətinin şah əsərlərinə həsr olunmuş
albom-kitab nəşr etmişik və sayt açmışıq. Və biz onları məhz bu
muzeydə təqdim etmişik,” – deyə regional prezident əlavə edib.




Qeyd edək ki, bp Azərbaycandakı böyük dəniz yatağı olan
Azəri-Çıraq-Günəşli və Şahdəniz qaz yatağının operatorudur. Şirkət
həmçinin karbohidrogen nəqli layihələrində, o cümlədən
Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri boru kəmərlərində,
eləcə də Səngəçal terminalında iştirak edir.

Şirkət həmçinin Qarabağ yatağının işlənməsi layihələrində və
Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsində pay əldə edib.

Bərpa olunan enerji sektorunda şirkət Şəfəq günəş elektrik
stansiyası layihəsi üzərində işləyir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir