Mask böyük siyasətə qayıdır

Baş səhifə

Bakı. Trend:

Milyarder İlon Mask böyük siyasətə qayıdır və ABŞ-də 2026-cı il
aralıq seçkilərində Respublikaçıların seçki kampaniyasını
maliyyələşdirmək niyyətindədir.

Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.




Məlumata görə, dünyanın ən varlı insanı artıq Respublikaçılar
partiayasından olan senatorluğa namizədə 10 milyon dollar ayırıb.
Bildirilir ki, son həftələr Maskın siyasi komandası rəqəmsal
layihələr və mesajların kütləvi yayımı üzərində işləyəcək mümkün
podratçılarla görüşlər keçirib.

“Wall Street Journal” qəzetinin yazdığına görə, Mask 2024-cü
ildə Trampa və respublikaçılara dəstək məqsədilə təxminən 300
milyon dollar xərcləyib və bununla da ABŞ-də ən böyük açıq siyasi
donor statusunu qazanıb. Nəşr hesab edir ki, hazırkı yaxınlaşma
Maskın administrasiya üzərində təsir kanalını qoruyub saxlamasına,
Ağ Evin isə onun maliyyə resurslarına və texnoloji infrastrukturuna
çıxış əldə etməsinə imkan verən praqmatik alyans kimi
qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir