
Bakı. Trend:
8-9 yanvar tarixində baş verən hadisələri terror hadisəsi kimi
qiymətləndiririk.
Trend xəbər
verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər
nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid
Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə
dostluq görüşündə deyib.
O bildirib ki, sonrakı günlərdə İran 3 117 şəhid verib, onların
arasında sivil vətəndaşlar, asayışı qoruyan polis əməkdaşları və
digər mülki şəxslər olub.
“8-9 yanvar tarixlərində terrorçu üslubunda edilən etirazlar
iqtisadi vəziyyətdən narazılıqla qaynaqlanan etirazlara bənzəmirdi.
Həmin hadisələr etirazların ilk günündən tamamilə fərqlənirdi.
Onların əllərində silahlar var idi.
Bizim əlimizdə elə videomateriallar var ki, etirazçı bıçaqla
polisi yaralayır və daha sonra onu yandırır. Yaralı şəxsin təcili
tibbi yardım maşınına minməsinin qarşısını alıblar, onun ölümünə
səbəb olublar və ətrafında rəqs ediblər”, – o əlavə edib.

