Əli Əsədov Fransina Armenqol ilə Azərbaycan–İspaniya münasibətlərində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol
ilə görüşüb.

Trend xəbər verir ki, bu
barədə Nazirlər Kbineti məlumat yayıb.

Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş
qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar
F.Armenqola başsağlığı verdi.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin
müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi,
dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət
prinsiplərinə əsaslandığı qeyd edildi.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament
səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi
vurğulandı.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də
ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan
enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir