
Bakı. Trend:
23 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində nazir Ceyhun Bayramovun rəhbərliyi ilə
geniştərkibli kollegiya iclası keçirilib.
Trend xəbər verir ki, bu
barədə XİN məlumat yayıb.
İclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur
bölmə rəhbərləri iştirak edib.
Kollegiya iclası zamanı Azərbaycan Respublikası Prezidentinin
müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2025-ci il
ərzində Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2026-cı il
üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq
məsələləri, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq
yardım səyləri, postmünaqişə dövründə diplomatik fəaliyyət, xaricdə
Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə
işlər və Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri
müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

