
Bakı. Trend:
Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Trend-in məlumatına görə,
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi
“Azsamand” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını
kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Hüseyn
Bağırov saxlanılıb.
Belə ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü
barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və
toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə
göndərilib.
Məhkəmənin qərarı ilə H.Bağırov sürücülük hüququ 1 il müddətində
məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

