
Bakı. Trend:
Amerika korporasiyası Amazon gələn həftə işçilərin ixtisarının
ikinci mərhələsini həyata keçirməyi planlaşdırır. Təxminən 14 min
əməkdaş işdən çıxarılma riski altındadır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ixtisarlar Amazon Web Services, pərakəndə satış
bölməsi, Prime Video və insan resursları departamentini əhatə
edəcək. Agentlik vurğulayır ki, bu addımlar şirkətin ümumilikdə
təxminən 30 min əməkdaşın işdən azad edilməsi məqsədinə uyğun
aparılır və bu, Amazon tarixində ən böyük ixtisar dalğası
olacaq.
2022-ci ildə şirkət artıq 27 min əməkdaşını ixtisar edib.

