Timoşenko üçün girovun tam məbləği ödənildi

Baş səhifə

Bakı. Trend:

Xalq deputatlarına rüşvət təklif etməkdə şübhəli bilinən və
barəsində məhkəmə tərəfindən girov qətimkan tədbiri seçilmiş “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon
qrivna (təxminən 760 min dollar – red.) həcmində girovun tam
məbləği ödənilib.

Trend xəbər verir ki, bu
barədə “Transparency International Ukraine” məlumat yayıb.




Bu vəsaitin bir hissəsi – 12 milyon qrivnadan çoxu (təxminən 278
350 dollar – red.) hələ yanvarın 20-də ödənilmişdi. Bu məbləğin 5
milyon qrivnasını (təxminən 116 000 dollar – red.) Sergey Vitaleviç
Rabçuk, 8,65 milyon qrivnasını (təxminən 200 650 dollar – red.) isə
Oksana Vladimirovna Fetisova ödəyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir