
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış
Sülh Sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham
Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür
edib.
Trend xəbər verir ki, bu
barədə Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, bu pis müharibə onun başa vurduğu 8 müharibədən
biri idi. Artıq Rifah və sülh hökm sürür.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik.
Ermənistanla sülhməramlı nüvə əməkdaşlığı üçün saziş imzalayacağıq.
Böyük yarımkeçirici istehsalçılarımız üçün müqavilələrə imza
atacağıq. ABŞ-da istehsal olunmuş müdafiə avadanlıqlarını, o
cümlədən gödəkçə, qayıqlar və sairi Azərbaycana satacağıq”, – deyə
Tramp vurğulayıb.

