Kanadanın əyalətlərindən biri gerbdən Britaniya tacını çıxarmaq qərarına gəlib

Baş səhifə

Kanadanın Kvebek əyalətinin rəsmiləri əyalətin gerbindən Britaniya tacını çıxarmaq qərarına gəliblər.

APA xəbər verir ki, bu barədə əyalətin ədliyyə naziri Saymon Jolen-Barrett bu barədə “X” hesabında məlumat verib.

“Bu gün Kvebek gerbindən tacı çıxardığımızı elan etdik. Kvebeklilərin böyük əksəriyyətinin Britaniya monarxiyasına heç bir bağlılığı yoxdur”, – o yazıb.

Nazirin sözlərinə görə, gerbin yenilənmiş versiyası Kvebekin kimliyini daha yaxşı əks etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir