“Barselona” futbolçusu ilə müqavilənin uzadılmasını istəyir

Baş səhifə

Bakı. Trend:

“Barselona” Fermin Lopeslə yeni müqavilə imzalamaq istəyir.

Trend “Diario
Sport”a istinadən xəbər verir ki, bir sıra klubların
yarımmüdafiəçiyə maraq göstərməsi səbəbindən kataloniyalılar
hərəkətə keçib və onun nümayəndələri ilə görüş təşkil edib.




“Barselona” futbolçuya maaşın ciddi şəkildə artırılmasını və
müqavilənin iki il uzadılmasını təklif edir. Hazırkı razılaşmanın
müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Fermin klubda qalmaq və komandanın əsas
oyunçularından birinə çevrilmək niyyətindədir. Bu mövsüm o, La
Liqada 14 oyunda iştirak edib və 4 qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir