ABŞ neft tədarükünü kəsmək üçün Kubaya dəniz blokadası tətbiq edə bilər

Baş səhifə

ABŞ-da prezident Donald Trampın administrasiyası neft tədarükünü kəsmək üçün Kubaya dəniz blokadası tətbiq etməyi düşünür.

APA xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, ABŞ Kuba rəhbərliyini dəyişdirmək üçün yeni taktikalara əl atmaq imkanlarını araşdırır.

Məlumata görə, digər məsələlərlə yanaşı, onlar neft idxalına tam blokada tətbiq etməyi düşünürlər.

Qəzet ABŞ dövlət katibi Marko Rubionin bu ideyanı dəstəklədiyini, lakin hələlik yekun qərarın verilmədiyini yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir