
Bakı. Trend:
Şimali Koreya nüvə potensialını artırmaqda və modernləşdirməkdə
davam edir ki, bu da ABŞ-ın təhlükəsizliyi üçün ciddi risk
yaradır.
Trend xəbər verir ki, bu
barədə Pentaqonun açıqladığı Milli Müdafiə Strategiyasının
yenilənmiş versiyasında qeyd olunub.
Sənəddə vurğulanır ki, Şimali Koreyanın nüvə qüvvələri ABŞ üçün
artan təhlükə mənbəyinə çevrilir, onların miqyası və texnoloji
səviyyəsi yüksəlir və Amerika ərazisinə mümkün nüvə zərbəsi real və
açıq təhdid kimi qiymətləndirilir.

