Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb

Baş səhifə

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,71 ABŞ dolları və ya 2,5% artaraq 68,34 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,63 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir