Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi
KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin
327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB
evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə
“Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət
mərkəzinin payına düşür.

Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
(KOBİA) məlumat verilib.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minə
yaxını dövlət qurumları (“G2B”), 47 mindən çoxu isə biznes
qurumları (“B2B”) tərəfindən təqdim edilib.




Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək
üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki
şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər,
gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət
ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq
səviyyəsi 98% təşkil edib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə
50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti
üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər
göstərilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir