
Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətində ard-arda güclü zəlzələlər baş
verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə
Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Episentri Sınırdağı olan 5,1 bal gücündə zəlzələnin ardından bu
gün Bakı vaxtı ilə 11:34-də 10 saniyə intervalla 4,1 və 4,2
maqnitudalı zəlzələlər qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
12:24
xxx
Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu
barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi
(AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 00:24-də Sındırğı rayonunda
qeydə alınıb.
Zəlzələ ocağı 11,04 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

