
Bakı. Trend:
Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum
şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki
mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən
ümumilikdə 2300 manat pulu talayıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər
nəticəsində qabaqcadan əlbir olaraq oğurluqları törətməkdə şübhəli
bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və
S.Kərimov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən
ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər
məhsulları taladıqları məlum olub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.

