
Bakı. Trend:
Ukraynanın Kiyev və Çernikov vilayətlərindən 1,2 milyondan çox
insan işıqsız qalıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini
Aleksey Kuleba öz “Telegram” kanalında məlumat yayıb.
“Kiyedə 800 mindən çox abunəçi elektrik təchizatından məhrum
olub. Çernikovda isə 400 min istehlakçı işıqsız qalıb”, – deyə o
yazıb.
Bundan əvvəl Ukraynanın “DTEK” elektrik enerjisi holdinqinin
rəhbəri Maksim Timçenko ölkədə enerji ilə bağlı vəziyyətin faciəvi
olduğunu dilə gətirmişdi. Onun sözlərinə görə, abunəçilər gün
ərzində 2-3 saat elektrik enerjisi ilə təchiz olunur, sonra isə
10-15 saat ərzində işıqsız qalırlar.

