
Bakı. Trend:
Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı
danışıqların ikinci günü keçirilir.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətləri eyni vaxtda bir
neçə sülh sənədini müzakirə edirlər.
Məlumata görə, tərəflər münaqişənin nizamlanmasına dair müxtəlif
variantları nəzərdən keçirir və sənədlər üzərində paralel iş
aparılır. Müzakirələrin detalları açıqlanmır.
Qeyd edək ki, görüşdə Rusiya, Ukrayna və Amrika Birləşmiş
Ştatlarından olan nümayəndə heyətləri iştirakı edir.

