
Bakı. Trend:
Türkiyənin İzmir vilayətində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı geniş-miqyaslı əməliyyat
keçirilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İzmir Respublika Baş Prokurorluğunun narkotik və psixotrop
maddələrin istehsalı və dövriyyəsi ilə bağlı istintaqı
çərçivəsində, mərkəzi İzmir şəhəri olmalqa vilayətin bir çox şəhər
və qəsəbələrində eyni vaxtda keçirilən əməliyyatda 654 nəfər
şübhəli şəxs qismində saxlanılıb.
Barəsində həbs orderi verilənlərdən bəziləri ünvanlarda
olmadığından həmin şəxslərin axtarışına başlanılıb.
Əməliyyat çərçivəsində müəyyən edilib ki, şübhəlilər ictimai
yerlərdə o cümlədən məktəblərdə azyaşlı şəxslərə narkotik satışı
həyata keçirib və narkotik vasitələrin təşviqi ilə məşğul
olublar.

