
Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü
Nigar Mirzəliyeva klubunu dəyişib.
Trend xəbər
verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
23 yaşlı müdafiəçi Almaniyanın “Hamburq” klubuna transfer
olunub.
Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən
N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə
imzalayıb.
Qeyd edək ki, N.Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisinin
üzvüdür. O, karyerası ərzində “Balxurma”, “Marxal Şəki”, “Rubin” və “Zenit”in formasını geyinib.

