SEPAH generalı: ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik

Baş səhifə

Hücuma məruz qalacağımız təqdirdə, İran ABŞ bazalarına “ölümcül” zərbə endirəcək.

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və parlament üzvü İsmayıl Kövsəri bildirib.
O qeyd edib ki, “ABŞ hər hansı bir səhv edərsə, Qərbi Asiyadakı bazaları hədəfə çevriləcək”.

Deputat “Tehranın cavabı “ölümcül və çəkindirici” olacaq və regiondakı Amerika obyektləri əsas hədəflər arasındadır”, – deyə bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir