Traore “Fulhem”dən ayrılır

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Fulhem” klubunun ispaniyalı hücumçusu Adama Traore
karyerasını “Vest Hem”də davam etdirəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış insayder
Fabrisio Romano məlumat yayıb.




Klub Qvido Rodrigezin komandadan ayrılaraq “Valensiya”ya
keçməsindən sonra heyəti Traore ilə gücləndirmək qərarına
gəliblər.

London təmsilçisi ispaniyalı futbolçunun komandanın oyun
sisteminə ideal şəkildə uyğun gəldiyini düşünür. Məlumata görə,
artıq həm futbolçu, həm də “Fulhem”lə razılıq əldə olunub və
transferin rəsmiləşməsi son mərhələdədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir