Almaniyada HƏMAS üçün silah almaqda şübhəli bilinən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları Fələstinin “HƏMAS” hərəkatı
üçün silah alınmasında şübhəli bilinən Livan əsilli Məhəmməd Z.-ni
saxlayıblar.

Trend-in
məlumatına görə, bu barədə Almaniya Baş Prokurorluğu xəbər
verib.

“Dünən axşam (23 yanvar 2026-cı il) Federal Dövlət Prokurorluğu
Federal Məhkəmənin istintaq hakimi tərəfindən verilən order
əsasında hərəkət edərək, Livan əsilli Məhəmməd Z.-ni Beyrutdan
gəlişindən sonra Berlin Brandenburq Hava Limanında (BER) saxlayıb.
Saxlanılma Federal Cinayət Polisi İdarəsi və Federal Polis
əməkdaşları tərəfindən həyata keçirilib”, – deyə qeyd olunub.




Prokurorluqdan əlavə edilib ki, həmin şəxs “xarici terror
təşkilatına üzv olmaqda şübhəli bilinir”.

Almaniya Baş Prokurorluğu Məhəmməd Z.-nin HƏMAS üzvü olduğunu
bildirib. “Avqust ayında, barəsində ayrıca məhkəmə prosesi aparılan
Əbəd Əl-Q. ilə əlbir olaraq, o, 300 silah-sursat əldə edib. Bu
hərəkətlər Almaniya və Avropada İsrail və ya yəhudi hədəflərinə
qarşı HƏMAS terror hücumlarının hazırlanmasına xidmət edib”, – deyə
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir