Zelenski Ukraynanın “üçlük” formatında danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Rusiya və ABŞ ilə “üçlük” formatında yeni danışıqlar raunduna hazır olduğunu təsdiqləyib.

APA xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, növbəti görüşlər potensial olaraq gələn həftə baş tuta bilər.

O bildirib ki, hərbçilər qarşıdakı görüş üçün müzakirə olunacaq məsələlərin siyahısını müəyyənləşdiriblər və prosesin davam etdirilməsinə hazır olduqları təqdirdə növbəti təmaslar keçiriləcək.

Ukrayna prezidenti əlavə edib ki, son iki gün ərzində tərəflər bir çox məsələni müzakirə etməyə nail olub və danışıqlar konstruktiv xarakter daşıyıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir