
Bakı. Trend:
Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-də
keçirilən üçtərəfli görüş konstruktiv formatda keçib.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.
“Danışıqlar hər üç tərəfdən hərbi nümayəndələrin iştirakı ilə
davam edib. Bu gün bizim tərəfimizdən Rüstəm Umerov, Kirill
Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsa və Vadim
Skibitski, Amerika tərəfində isə Stiv Uitkov, Cared Kuşner, Den
Driskol, Aleks Qrinkeviç və Coş Qrunbaum olublar. Rusiya tərəfindən
hərbi kəşfiyyatın və onların ordusunun nümayəndələri iştirak edib.
Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün
mümkün parametrlər olub.
Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin
qorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunu
qəbul etməsini yüksək qiymətləndirirəm”, – deyə o bildirib.

