
Bakı. Trend:
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi
əməliyyatı zamanı Discombobulator adlanan silahdan
(“Dezorientator”) istifadə edib.
Trend xəbər verir
ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp NYP-yə müsahibəsində bildirib: “Bu,
‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm.”
Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin sosial
media səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə
xidmətində çalışan bir şəxsin sözlərini də sitat gətirib. Həmin
şəxs “Dezorientator”un təsirini “çox güclü səs dalğası” ilə
müqayisə edib.

