“Turan Tovuz” “Sumqayıt”ı məğlub edib – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının XVII turunda “Turan Tovuz” “Sumqayıt”
üzərində qələbə qazanıb.

Trend xəbər verir
ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən
qarşılaşma tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qərb təmsilçisinin heyətində Hayderson Hurtado 13-cü dəqiqədə,
Rəhim Sadıxov isə 69-cu dəqiqədə fərqlənib. “Sumqayıt”ın yeganə
qolu da “Turan Tovuz”un futbolçusu Hayderson Hurtadonun passivinə
yazılıb. Belə ki, o, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

Bu qələbədən sonra “Turan Tovuz” xalını 30-a çatdıraraq turnir
cədvəlində üçüncü pilləyə yüksəlib. “Sumqayıt” isə 27 xalla beşinci
yerdə qalıb.

xxx




09:37

Misli Premyer Liqasında XVII tura bu gün yekun vurulur.

Trend xəbər verir ki, turun
son oyununda iki oyun keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Görüş saat
16:00-da Mehdi Hüseynzadə stadionunda keçirilsə də, nominal meydan
sahibi “Turan Tovuz” komandası olacaq.

Günün 2-ci matçında “Sabah” evdə “Karvan-Yevlax” ilə
qarşılaşacaq. Oyun saat 18:30-da start götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir