Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr
Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli
Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının
sədri Əhməd bin Salman Al Musalam imzalayıblar.

Bu barədə Trend
parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib.

Spiker Sahibə Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini
xüsusi vurğulayıb. Qeyd edilib ki, bu sənəd parlamentlərarası
əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament
komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir