İsrail ordusu Qəzzada son girovun qalıqlarının axtarışı üçün əməliyyata başlayıb

Baş səhifə

İsrail ordusu HAMAS-ın əlində olan son girov Ran Qvilinin qalıqlarını axtarmaq üçün Qəzza zolağının şimalında genişmiqyaslı əməliyyat keçirir.

APA xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Ordu girov Ran Qvilinin qalıqlarını axtarmaq üçün genişmiqyaslı əməliyyat keçirir. Əməliyyat Qəzza zolağının şimalındakı qəbiristanlıqda aparılır. Bütün mövcud kəşfiyyat məlumatlarından istifadə edilir”, – məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir