
Bakı. Trend:
Marko Verratti DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyunları
üçün İtaliya millisinə geri qayıtmaq istəyir.
Trend “Tuttomercato”ya istinadən xəbər verir ki, “Əl-Duhail”in
yarımmüdafiəçisi İtaliya millisinə geri dönüşünü istisna
etməyib.
33 yaşlı futbolçu artıq milli komandaya kömək etmək istəyi
barədə Azzurrinin baş məşqçisi Gennaro Qattuzoya məlumat verib.
Martın 26-da italyanlar pley-off mərhələsinin yarımfinalında
Şimali İrlandiya ilə üz-üzə gələcək.
O, sonuncu dəfə 2023-cü ilin martında İtaliya millisinə
çağırılıb. Veratti Azzurri üçün 55 oyunda iştirak edib.
33 yaşlı futbolçu “Peskara”, PSJ, “Əl-Arabi” klublarında da
oynayıb.

