Çinlə bağlanacaq ticarət razılaşması Kanada üçün ağır nəticələr doğuracaq – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişinin Kanada üçün
son dərəcə mənfi təsirlərə səbəb olacağına əmin olduğunu
açıqlayıb.

Trend xəbər verir ki, Amerika
lideri bu fikirləri Truth Social sosial şəbəkəsində paylaşıb.

“Kanada özünü addım-addım zəiflədib. Çinlə razılaşma Kanada üçün
fəlakət deməkdir. Bu saziş tarixə ən uğursuz razılaşmalardan biri
kimi düşəcək”, – Tramp paylaşımında qeyd edib.




O, Kanada şirkətlərinə istinad edərək, onların bizneslərinin
kütləvi şəkildə ABŞ-yə köçürüldüyünü də vurğulayıb.

ABŞ Prezidenti Kanadanın mövcudluğunu qoruyub inkişaf etməsini
istədiyini bildirib. Bununla yanaşı, o, Kanada avtomobil sənayesi
təmsilçilərinin çıxış etdiyi videonu paylaşaraq izləməyi tövsiyə
edib. Həmin çıxışda, digər mövzularla yanaşı, ABŞ ilə ticarət
əlaqələrinin saxlanılmasının əhəmiyyəti önə çəkilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir