
Bakı. Trend:
Azərbaycanın sığorta bazarı inkişafdadır. Ölkədə sığorta həcmi
artıq 1,5 milyard manat civarındadır.
Trend xəbər
verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bu gün rəhbərlik
etdiyi qurum tərəfindən Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar
Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs
vəsaitinin təqdimat mərasimində deyib.
Xəbər yenilənəcək

