
Bakı.Trend:
Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq”dan Trend-ə verilən məlumata görə, yanvarın 26-da Abşeron
Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6
kV-luq “Pirəkəşkül” yarımstansiyasında təmir işi aparılacaq.
Bildirilir ki, bununla əlaqədar olaraq saat 11:00-dan saat
15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi
kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

