
Bakı. Trend:
Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,5
milyard manat sığorta haqqı toplanılıb. Sığorta şirkətlərinin
həyata keçirdikləri ödənişlərin məbləği isə 920 milyon manat təşkil
edib.
Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə
hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində
deyib.
Xəbər yenilənəcək

